neçə vaxtdır oxumağı kənara qoyub, yazmaq istəyirəm. artıq oxumaqdan doymuşam. oxuduğum kitablarda yazmaq istədiyim şeyləri tapa bilmirəm, oxumaq istədiyim şeyləri yazmaq istətirəm.
səslər haqda yazmağa başlayacam. özümə maraqlı gələn, məni həyacanlandıran (ona da maraqlı gəldi, o da həyəcanlandı deyəsən) bir fikrim vardı. onu yazmağa başlayacam.
hərdən oxumağı kənara qoyub “mahnını göndər görüm” demək istəyirəm özümə.
təkcə bədənim iyirmi iki yaşındadı. təkcə əllərim, ayaqlarım, gözlərim… özüm, Allah bilir.
bu gün bir şəkil gördüm, xırda kağız üstünə qeydlər yazılmışdı, böyük ehtimal universitetdə imtahan vaxtı istifadə ediləcəkdi. mənə qəribə gələn o oldu ki, o xırda 3-4 cümləni yazmağa sərf edilən vaxt yəqin onu əzbərləməyə və ya öyrənməyə sərf ediləcək vaxtdan daha çoxdu. ondansa oturub oxusaydı, həm vaxtına qənaət edərdi, həm də hər şey qaydasında olardı.
bu ölkədə ki mən iqtisadiyyatı bitirib, ölkə xaricində mba oxuyuramsa, deməli bu ölkədə hər kəs hər şeyi edə bilər.
“bədənimlə yox, sənətimlə gündəmə gəlmək istəyirəm” deyə bilirsə əgər bir body builder bu dünyada, deməli hər şey yaxşı olacaq, sadəcə ümid edin.
bizim böyüklərdən, kiçiklərin də bizdən öyrənəcəyi bir şey yoxdur. artıq elə bir vaxta gəlib çatmışıq ki, həqiqətləri öyrənməyin tək yolu sadəcə yaşamaq deyil. yəni, çox yaşayan insanın az yaşayan insandan çox bildiyi haqdakı mütləqlik indi nisbi məna daşıyır. indi demək olar (insana lazım olan) bütün həqiqətlər kitablarda yazılıb, nisbətdə az yaşayan insanlar çox oxumaqla çox yaşayıb az oxuyanlardan çox bilə bilər. artıq elə bir vaxta gəlib çatmışıq ki, böyüklərin sırf daha çox yaşadıqları üçün kiçiklər üzərində özlərini daha yüksəkdə görməsi əhəmiyyətsiz sayılacaq dəyərdir. dediyim kimi, bütün həqiqətlər və təcrübələr yaşanıb, amma yaşandıqca da yazılıb kitablarda və bu gün də minlərlə, on minlərlə həqiqəti, təcrübəni özündə ehtiva edən minlərlə, on miinlərlə kitab çap olunmaqdadır.
mən burnunu qurdalamağı sevən insanlar kimiyəm, o insanlar ki heç vaxt başqaları tərəfindən izlənilməyi xoşlamırlar. sosiallıq bir yerdən sonra insanı yorur, kafka dilemması adını verək bu hissə (kafka həm əsərlərini yayımlamaq istəyirdi, həm də bir ani qərarla bu fikrindən daşınırdı.)
müşahidəçi olmaq daha çox xoşuma gəlir.
öpürəm.
azərbaycanda siyasət pıçıltı ilə danışılır. bu özü çox şeyi deyir.
insanlar xaricdə olsalar belə, ölkədən uzaqda olsalar belə yenə adları çəkəndə pıçıltı ilə deyirlər. bu da çox şeyi deyir.
Bilmem… Sanırım yalnız olmayı öğrenmeleri gerektiğini ve kendi başlarına mümkün olduğu kadar çok zaman geçirmek için uğraşmalarını söylemek isterim. Bugünün gençlerinin hatalarından biri gürültülü, bazen neredeyse agresif etkinliklerde biraraya gelmeye çalışmaları. Yalnız hissetmemek için bu beraber olma arzusu bence çok talihsiz bir gösterge. Her insan çocukluktan itibaren kendiyle zaman geçirmeyi öğrenmeye ihtiyaç duyar. Yalnız olması gerekmez ama kendiyle kaldığında sıkılmamalıdır. Kendi kendine kaldıklarında sıkılan insanlar bana kendilerine verdikleri değer açısından bir tehlikenin içindeler gibi gelir.
T.
… bazı günler, kendini iyi hisseder insan, yataktan kalkar, sorunların oldukları yerde durduklarını farkeder, önceki gün, daha önceki gün oldukları yerdedirler… görev başında. Gazeteyi eline alır, açar; her zaman olduğu gibi felaketlerden, savaşlardan, devrimlerden başka bir şey yoktur. Buna karşın kendini iyi hissetmeyi sürdürür ve şu gündelik bulutlar dağılır; insan kendi kendine şöyle der: “Bunlardan bana ne yani? Mutluyum, hoşnutum bugün; hayat güzel…” Çok sağlıklı bir davranış, bence. Mantıklı bir bakış tarzı denebilir buna.
İşin berbat yanı şu ki, nereye, neye götürür insanı mantık?
(Henry Miller, Paris Söyleşileri. Simavi Yayınları; çeviren: Özdemir İnce. Neye yarar mantık?)